İsraildən İKİNCİ HƏMLƏ – Netanyahu yenə İranı VURACAQ?

media-hightechnic-468x90

“Qəzza məsələsində Netanyahu hökumətinin tutumu həm yerli, həm də beynəlxalq böhran yaranmasına səbəb oldu”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

O, İsrailin İrana yaxın zamanlarda hücum edəcəyi ilə bağlı yayılan informasiyalara, habelə rəsmi Təl-Əvivin apardığı siyasətə qarşı olan fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, hətta İsrail daxilində müxtəlif təbəqələr bu siyasətə etiraz etdi:

“Belə bir məqamda, daxili və xarici siyasi böhrandan çıxmaq üçün hər hansı isə bir xarici əməliyyata ehtiyac vardır. 12 günlük müharibədə ABŞ müdaxilə etməsəydi, böhran daha da dərin hala gələ bilərdi. Çünki bu savaş zamanı İsrail İrana böyük xəsarət yetirsə də, İran da İsrailə ciddi zərbə vurdu. Onun “Dəmir Qübbə” sistemi bir çox yerdə raketləri saxlaya bilmədi. Lakin İran da ciddi casus şəbəkəsi problemi ilə üzləşdi. Hazırda onun nəticələri ilə məşğul olur. Belə bir vəziyyətdə Netanyahunun bunu dilə gətirməsi təbiidir. İranın vurulub-vurulmanası isə ilk növbədə. Tramp-Putin danışıqlarının sonrakı nəticələrindən asılı olacaq. Əgər Rusiya istədiyi güzəşti ala bilsə, İranın vurulması ehtimalları daha güclüdür”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa