!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İSTAD Ermənistanı və onun havadarlarını qınadı: "Azərbaycan tək deyil" - FOTOLAR 

!Reklam – Yazi

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İSTAD) Ermənistanın sərhədyanı bölgələrə və Azərbaycan səfirliklərinə son hücumları ilə bağlı mətbuata açıqlama verib.

Yenicag.az xəbər verir ki, bəyanatda Ermənistan və onu dəstəkləyən ölkələr – ABŞ və Fransa kəskin şəkildə pislənilib.

İSTAD sədri Səfər Qaraqoyunlu Qərbin Ermənistana verdiyi dəstəyi tənqid edərək deyib:

“Bu gün burada toplaşmağımızın səbəbi Ermənistanın Azərbaycan sərhədində son hücumlarıdır. Ermənilərin sərhəd əraziləri minalama təxribatına misli ilə cavab verilib. Təəssüflər olsun ki, 77 əsgərimiz şəhid olub. Erməni tərəfindən də yüzlərlə insan ölüb.
Biz bunu pisləmək üçün toplaşmışıq. Belə şeylər olmasın deyə yığışmışıq. Əvvəla, biz regionda sülh istədiyimiz üçün Qərbin Ermənistana verdiyi dəstəyi pisləyirik. Bu mənada görülən işlər yanlışdır. Azərbaycan haqlı tərəfdir, işğal altındakı torpaqlarını azad edib. Təəssüf ki, erməni təcavüzü ilə qarşı-qarşıya qalıb və cavabını verib. Biz bura toplaşmışıq ki, belə hadisələr olmasın. Biz sülh tərəfdarıyıq, amma əmin olun ki, yenidən müharibə başlayarsa, Zəngəzur dəhlizini deyil, bütün Zəngəzur bölgəsini almağa hazırıq. Azərbaycan tək deyil. 85 milyon türk xalqı və 300 milyon türk dünyası ilə Azərbaycanın yanında və arxasındayıq”.

Taksimdə keçirilən toplantıda bir çox QHT nümayəndələri və mətbuat mənsubları iştirak edib.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv