İstanbul Aydın Universitetinin dəstəyi ilə “EduMaster 4.0 – Müəllim İnkişafı Proqramı” uğurla başa çatdı - FOTO

media-hightechnic-468x90

“EduTime” Təhsil və İnkişaf Mərkəzi Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin dəstəyi ilə həyata keçirilən “EduMaster 4.0 – Müəllim İnkişafı Proqramı”nı uğurla yekunlaşdırıb.

Proqram məktəbəqədər, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafını hədəfləyən genişmiqyaslı onlayn təlim paketini əhatə edib. Müxtəlif pillə və fənlər üzrə fəaliyyət göstərən pedaqoqlar üçün aktual mövzularda interaktiv sessiyalar təşkil olunub.

Təlimlər “Təhsil psixologiyası və şagird motivasiyası”, “Təhsil prosesində qiymətləndirmənin yeni yanaşmaları”, “Effektiv dərs planlaşdırılması və vaxtın idarə edilməsi”, “Təhsildə tətbiq olunan süni intellekt dəstəkli texnoloji materiallar” mövzularını əhatə edib. Sessiyalar İstanbul Aydın Universitetinin təcrübəli müəllimləri — Vildan Saruhan, Sözer Kırca, Buket Karadağ və Devran Korkmaz tərəfindən aparılıb.

Azərbaycanlı müəllimlər təlim müddətində şagird davranışlarının psixoloji əsasları, motivasiya üsulları, sinifdaxili idarəetmənin effektiv modelləri, qiymətləndirmənin müasir metodları və innovativ texnoloji həllərin dərs prosesinə inteqrasiyası ilə bağlı dəyərli biliklər əldə ediblər. Proqram həmçinin süni intellektin tədrisdə tətbiqi, müəllim fəaliyyətinin optimallaşdırılması və zamanın idarə olunması kimi müasir pedaqoji istiqamətlər üzrə praktiki bacarıqların formalaşmasına töhfə verib.

Təlimlərdə iştirak edən müəllimlər proqramı yüksək qiymətləndirib, mövzuların aktuallığını, praktiki əhəmiyyətini və təlimçilərin peşəkarlığını xüsusi olaraq vurğulayıblar. Proqram çərçivəsində İstanbul Aydın Universitetinə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

“EduMaster 4.0”ın əsas məqsədi müəllimlərin peşəkar bacarıqlarını gücləndirmək, onların tədris prosesində daha innovativ, effektiv və müasir metodlardan istifadə etməsi üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Proqramın uğurlu icrası növbəti illərdə yeni əməkdaşlıq imkanlarına və inkişaf təşəbbüslərinə zəmin formalaşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa