!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstanbulda Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirildi - FOTOLAR

Reklam: High Technic

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində iyunun 26-da İstanbulda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Koordinasiya şuralarının və Azərbaycan evlərinin II toplantısı keçirilib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, komitənin və Azərbaycanın İstanbuldaki baş konsulluğunun nümayəndələri, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən 28 koordinasiya şurasının 42 təmsilçisi iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Toplantıda çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan islahatların diaspor sahəsini də geniş əhatə etdiyini vurğulayan Komitə sədri görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə danışıb. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri, o cümlədən Şuşa Bəyannaməsindən irəli gələn məsələlərin həyata keçirilməsi, Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da sıx inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İki qardaş ölkənin diaspor təşkilatlarının ümumi problemləri qarşısında birgə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərin birləşdirilməsinin, eyni zamanda, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporla fəaliyyətin əlaqələndirilməsinin və qarşılıqlı dəstəyin lazımlılığı xüsusi qeyd edilib.

Bildirilib ki, nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun şücaəti sayəsində Ermənistanın işğalı altındakı ərazilərin azad olunması zamanı yaralanan və hazırda İstanbulda müalicə alan qazilərimizə baş çəkib.

Daha sonra Komitənin fəaliyyətinə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Toplantıda İkinci Qarabağ müharibəsindən sonra dəyişən prioritet istiqamətlər, ölkə həqiqətlərinin xarici mediada daha sıx işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılması və bu kimi məsələlər müzakirə edilib, “YAŞAT” Fondunun fəaliyyəti barədə məlumat verilib, koordinasiya şuralarının hesabatları dinlənilib.

Toplantının sonunda Bəyanat qəbul edilib.

İyunun 25-27-ni əhatə edəcək səfər son illər yeni mərhələyə qədəm qoyan Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədi daşıyır.

Səfər çərçivəsində ümumilikdə dünyanın 10 ölkəsinin 13 meqapolisini əhatə edən Azərbaycan Evinin rəhbərləri və 29 dövlətin 13 müxtəlif şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya şuralarının əlaqələndiriciləri ilə görüş keçiriləcək, onların ayrı-ayrılıqda hesabat məruzələri dinləniləcək, problemləri və gələcək iş planları müzakirə ediləcək.

www.yenicag.az

209
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100