İstanbulda dəhşətli faciə-sürət qayığı körpüyə çırpıldı

media-hightechnic-468x90

94224Türkiyədə İstanbul boğazında sahildəki malikanə körpüsünə çırpılan sürət qayığı batıb.

Göyərtəsində 3 nəfərin olduğu bildirilən sürət qayığı bu gün səhər saatlarında idarəetməni itirərək, sahil körpüsünə dəyib. Göyərtədə olanlardan biri üzərək sahilə çıxmaqla xilas olub. Digər iki nəfərin isə dənizdə batdığı ehtimal edilir.

Hadisə yerinə Dəniz polisi, Sahil-Mühafizə Xidmətinin əməkdaşları və səhiyyə işçiləri cəlb edilib. Dənizdə yoxa çıxan iki nəfərin axtarışlarına başlanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa