Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İstanbulda kuryoz hadisə: Azərbaycan rəqsi adıyla “gürcü havası” çaldılar - VİDEO

İstanbulun Beşiktaş rayonunda “Azərbaycan Dostluq Parkı”nın açılış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı konsulu da daxil olmaqla rəsmi şəxslərin, ictimai-siyasi xadimlərin, media təmsilçilərinin və incəsənət ustalarının qatıldığı mərasimdə “sürpriz” olay yaşanıb.

Məlumata görə, yüksək ovqatla davam edən tədbirdə təşkilatçıların diqqətsizliyi ucbatından müəyyən çaşqınlıq yaranıb.

Mərasimin bədii hissəsində Azərbaycan xalq rəqsinin ifa anonsu verilsə də, iştirakçılara gürcü rəqsi təqdim olunub.

Doğrudur, ritm və melodiya baxımından Qafqaz xalqlarının rəqslərində ciddi uyğunluqlar olsa da, hər halda, onları eyniləşdirmək mümkün deyil.

Verilmiş təqdimatdan sonra isə izləyiciləri Azərbaycan yox, gürcü rəqsi ilə feyziyab eləmək heç də birmənalı qarşılanmayıb.

Bununla belə, İstanbul Beşiktak Bələdiyyəsi sədrinin ana müxalifət Cumhuriyyət Xalq Partiyasına (CHP) mənsubluğunu nəzərə alsaq, bu “yanlış”ın səbəbi aydın olar.

Millilikdən uzaq, yersiz kosmopolitizmə əsaslanan CHP-yə mənsub bir bələdiyyədə Azərbaycan və gürcü rəqslərinə fərq qoyulmaması gözlənilməz olmadığı qədər də təəccüblü deyil.

Qeyd edək ki, tədbirdə Azərbaycan himni də yalnış səsləbdirilib.

www.yenicag.az

903
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS