İstanbulda polis şöbəsinə basqın edildi

media-hightechnic-468x90

9d3cbae6ae4c858586b51fe33244b908İstanbulun tarixi Sultanahmet rayonunda naməlum silahlı şəxs turizm polisi şöbəsinin qarşısındakı növbətçi postunda hücum edərək partlayış törədib.

Yenicag-ın apa-ya istinadən verdiyi xəbərə görə, nəticədə 2-si polis əməkdaşı və biri qadın olmaqla 3 nəfər yaralanıb. Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. Hadisə yerinə aparan küçələr nəzarətə götürülüb.

Məlumata görə, silahlı terrorçu idarəyə daxil olmağa cəhd etdikdə, növbətçi polis əməkdaşlarının müqaviməti ilə üzləşib və atəş açaraq, qumbara partladıb. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa