Binance 9-cu ildönümünü qeyd edir: Dünyadakı kriptovalyuta sahiblərinin təxminən yarısı Binance-dənistifadə edir
Kriptovalyuta birjasından çoxaktivli maliyyə platformasına: Binance qlobal istifadəçi icmasının dəstəyi ilə əldə etdiyidoqquz illik inkişafı qeyd edir və dünya üzrə üç milyardistifadəçiyə çatmağı hədəfləyir.
Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıolan Binance fəaliyyətinin doqquzuncu ildönümünü qeyd edir. Hazırda Binance ekosistemi 100-dən çox ölkədə 323 milyondanartıq qeydiyyatdan keçmiş istifadəçini birləşdirir.
Binance 2017-ci ilin iyul ayında fəaliyyətə başlayanda dünyadakriptovalyutaya sahib olan insanların sayı 6 milyondan az idi. Bu gün bu rəqəm 741 milyonu ötür ki, bu da on ildən azmüddətdə 12 000%-dən çox artım deməkdir. Eyni dövrdəBinance-in istifadəçi bazası sıfırdan 323 milyon nəfərə yüksəlib. Nəticədə hazırda dünyadakı bütün kriptovalyuta sahiblərinintəxminən 43%-i Binance platformasından istifadə edir.
Bu göstərici rəqəmsal aktivlərin artıq niş maliyyə alətlərikateqoriyasından çıxaraq əsas maliyyə bazarının ayrılmazhissəsinə çevrildiyi dövrdə əldə olunub. İnstitusional investorlarrekord səviyyədə fəallıq nümayiş etdirir, ETF-lər və rəqəmsalinvestisiya fondları artıq dövriyyədə olan bitkoinlərin 12%-dənçoxuna sahibdir. Eyni zamanda, G20 ölkələrində, Avropaİttifaqında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada tənzimləyici-hüquqi baza sürətlə inkişaf edir. Ənənəvi maliyyə iləkriptoinfrastruktur arasındakı sərhədlər isə getdikcə daha daaradan qalxır.
Binance üçün doqquzuncu ildönümü təkcə əldə olunan inkişafınyekunlaşdırılması deyil, həm də şirkətin strateji məqsədinintəsdiqidir: üç milyarddan çox istifadəçiyə qlobal maliyyəbazarlarına çıxış təqdim edən dünyanın aparıcı maliyyəsuperətbiqinə çevrilmək.
Binance bu gün rəqəmlərlə
Kriptovalyuta birjasından çoxaktivli platformaya
Son bir il ərzində Binance rəqəmsal aktivlər bazarındakı güclümövqeyini qorumaqla yanaşı, məhsul xəttini əhəmiyyətlidərəcədə genişləndirərək səhmlər, ETF-lər və IPO-dan əvvəlşirkətlərin səhmləri üzrə müddətsiz müqavilələr kimi ənənəvimaliyyə alətlərini də platformaya daxil edib. Bütün bu məhsullarBinance-in öz blokçeyn infrastrukturu üzərində fəaliyyət göstərirvə steyblkoinlərlə hesablaşmaları, bazarlara sutka ərzindəfasiləsiz çıxışı, eləcə də müxtəlif aktiv sinifləri ilə vahidplatformada işləmək imkanını təmin edir.
İlk nəticələr artıq bu məhsullara yüksək tələbat olduğunugöstərir:
Eyni zamanda, Binance-in əsas kriptovalyuta biznesi sabitinkişafını davam etdirir:
Üç milyard istifadəçiyə doğru
Ənənəvi maliyyə məhsulları xəttinin genişləndirilməsi Binance-in ticarəti, ödənişləri, yığım alətlərini və qlobal maliyyəbazarlarına çıxışı vahid platformada birləşdirən dünyanın ənböyük maliyyə superətbiqini yaratmaq strategiyasını əks etdirir.
Şirkət diqqətini ənənəvi olaraq maliyyə institutları tərəfindənkifayət qədər əhatə olunmayan bazarlara yönəldir. Məhz bubazarlarda blokçeyn texnologiyası daha əlçatan və miqyaslanabilən maliyyə xidmətləri təqdim etmək potensialına malikdir.
Sənaye məlumatlarına görə, hazırda təxminən 741 milyon insankriptovalyutaya sahibdir, onlayn broker hesablarının sayı isətəxminən 630 milyondur. Beləliklə, kriptovalyuta infrastrukturuartıq istifadəçi sayı baxımından ənənəvi broker platformalarınıgeridə qoyub.
Rəhbərliyin şərhləri
Binance-in həmtəsisçisi və həmicraçı direktoru (Co-CEO) Yi Hebildirib:
“Doqquz il əvvəl qarşımıza bütün dünyada insanların maliyyəazadlığını genişləndirmək məqsədi qoymuşduq. Bu gün biz həminkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən fərdiinvestorlar, həm də qlobal maliyyə mərkəzlərindəki institusionaliştirakçılar üçün işləyən infrastruktur yaratmışıq. 2017-ci ildədünyada kriptovalyutaya sahib olan insanların sayı 6 milyondanaz idi. Bu gün onların sayı artıq 741 milyona çatıb və onlardan323 milyonu Binance-dən istifadə edir. Bu, sadəcə artım deyil, insanların maliyyə xidmətlərinə çıxış üsulunda baş vermişfundamental dəyişiklikdir. Və bu yalnız başlanğıcdır.”
Binance-in həmicraçı direktoru (Co-CEO) Riçard Tenq əlavəedib:
“323 milyon insan öz vəsaitlərini bizə etibar edib və biz buetimadı böyük məsuliyyət kimi qəbul edirik. Hər bir qərarımız, hər yeni məhsulumuz və daxil olduğumuz hər yeni bazar birsualla başlayır: bu, istifadəçilərimizə fayda verirmi? Bu gündünyadakı bütün kriptovalyuta sahiblərinin 43%-i Binance-dənistifadə edir. Ənənəvi maliyyə ilə kripto sənayesi getdikcə dahasıx inteqrasiya olunduqca, bu etimad daha da böyük əhəmiyyətkəsb edir. Kriptovalyutalardan kənara çıxaraq səhmlər, ETF-lərvə tokenləşdirilmiş qiymətli kağızlar sahəsinə daxil olmağımızistifadəçilərə qlobal maliyyə bazarlarına çıxış imkanı yaratmaqmissiyamızın məntiqi davamıdır.”
“Sizin sayənizdə yaradılıb“
Bu il Binance yubileyini Built by You (“Sizin sayənizdəyaradılıb“) şüarı altında qeyd edir.
Şirkət vurğulayır ki, son doqquz ildə qazandığı uğurlarmilyonlarla istifadəçinin ticarət aparması, öyrənməsi, məhsullaryaratması və Binance ekosisteminin inkişafına töhfə verməsisayəsində mümkün olub.
Yubiley münasibətilə Binance Built by You adlı qlobalkampaniyaya start verir. Kampaniya çərçivəsində ümumimükafat fondu 4,5 milyon ABŞ dollarınadək təşkil edir. Bundanəlavə, istifadəçilər Binance ekosisteminin müxtəlifistiqamətlərinə həsr olunmuş doqquz məkanı özündə birləşdirənvirtual Binance City şəhəri üzrə interaktiv səyahətdə iştirak edəbiləcəklər.
Bu press-relizdə qeyd olunan bəzi məhsul və xidmətlər ayrı-ayrıregionlarda mövcüd olmaya bilər.













