İstanbulda “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” müzakirə TƏŞKİL OLUNDU – FOTO/VİDEO

media-hightechnic-468x90

 

İstanbul Universitetində “Tarixlə üzləşmə: Qərbi Azərbaycana qayıdış yolunda” mövzusunda müzakirə təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbir İstanbul Universitetinin ev sahibliyi və “Umay Ana” Türk Dünyası Qadınlar Birliyi, Türk Qadın Alimləri Birliyi, Azərbaycan-Türkiyə Evi, eləcə də “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə baş tutub.

Müzakirəyə “Umay Ana” Türk Dünyası Qadınlar Birliyinin sədri, professor Müəlla Uydu Yücəlin moderatorluğu ilə start verilib.

Panelin əsas çıxışçıları Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı və Marmara Universitetinin professoru Giray Saynur Dərman olub. Onlar Qərbi Azərbaycandan məcburi köç, tarixi ədalətin bərpası və dönüş hüququ məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

media-whatsapp-image-2025-05-02-at-10-00-14

Tədbirdə, həmçinin Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) rəhbəri Közhan Yazgan, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) başqanı Səfər Qaraqoyunlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər qonaqlar iştirak ediblər.

media-whatsapp-image-2025-05-02-at-10-00-15

Çıxışında millət vəkili Tənzilə Rüstəmxanlı bildirib ki, azərbaycanlılar 1905, 1948–1953 və 1988-ci illərdə Qərbi Azərbaycandan mərhələli şəkildə tamamilə köçürülüb:

media-whatsapp-image-2025-05-02-at-10-00-10

“Bu şəxslərin öz yurduna dönməsi hüququ tanınmalıdır. Mən Qarsla həmsərhəd olan Amasiyada doğulmuşam. Biz 1988-ci ildən əvvəl o bölgədən köçmüşdük. Ən son isə bütün qohumlarım həmin ildə köçürülməyə məcbur edilib. O yolda 283 nəfər həyatını itirdi. Köç zamanı qadınların hansı işgəncələrə məruz qaldığı hər kəsə məlumdur. Müharibə harada baş verirsə, ən çox zülmü qadınlar və uşaqlar çəkirlər. Mən bunun canlı şahidiyəm”.

Deputat qeyd edib ki, elm adamları və akademiklər bu məsələyə xüsusi diqqət ayırmalı, Qərbi Azərbaycan həqiqətlərini gələcək nəsillərə ötürməlidirlər:

“Bu tarix unudulmamalıdır ki, millətimiz bir daha belə faciələrlə üzləşməsin. Görüş qısa zaman ərzində baş tutsa da, olduqca önəmli idi”.

Digər qonaqlar da Qərbi Azərbaycana qayıdış konsepsiyasının insan hüquqları baxımından əhəmiyyətindən bəhs ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600