İstanbulda terrora qarşı etiraz yürüşü

media-hightechnic-468x90

istanbulyurushİstanbulda terrora qarşı etiraz yürüşü başlayıb.

Aksiya Türkiyə Demokratiya Platforması tərəfindən təşkil olunub. Türkiyə Demokratiya Platformasının rəhbəri Kezban Hatemi deyib ki, Platforma “Biz millətik, Türkiyəni terrora, çevrilişə təslim etdirməyəcəyik!” şüarı ilə fəaliyyətə başlayıb. Aksiya İstanbul Polis İdarəsinin qarşısından başlayıb, partlayışın baş verdiyi İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında başa çatacaq.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb. (APA)

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600