İstanbuldan Bakıya uçan təyyarədə texniki problem

media-hightechnic-468x90

89144İstanbuldan Bakıya uçan təyyarədə texniki problem yaranıb.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı Vuqar Bayramov sosial şəbəkədə yazıb: “Saat 14:35-də İstanbula uçmalı olmağımıza baxmayaraq, təyyarədəki texniki problem aradan qaldırıla bilmir. Təyyarə artıq uçuşa yararlı deyil. İstanbuldan göndərilən başqa təyyarənin isə Bakıya ən yaxşı halda saat 23.00-da çatacağı gözlənilir. Bu isə o deməkdir ki, bütün hallarda mən İstanbuldan olacaq tranzit reysimi qaçırdım.”

Məsələylə bağlı əməkdaşımız AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. O bildirib ki, həmin təyyarə Türk Hava Yollarına aiddir və AZAL-la heç bir əlaqəsi yoxdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa