İstilər 1000 insanın canını aldı

media-hightechnic-468x90

img1841055Pakistanda davam edən anomal istilər nəticəsində ölənlərin sayı 1000-ə çatıb. Bu barədə `CNN` telekanalı hakim dairələrə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, hazırda ölkənin bütün xəstəxanaları tamamilə doludur.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, ölkədə son 3 gündə havanın hərarəti 47 dərəcəyə kimi yüksəlib. Təkcə ötən gün Karaçidə günvurma diaqnozu ilə 500 nəfər xəstəxanaya yerləşdirilib. İstilər ümumilikdə isə 3 min nəfərə ziyan vurub.

İsti havanın Ramazan ayına təsadüf etməsi və insanların çoxunun oruclu olması da itkilərin sayına təsir edib. İstidən ölənlərin çoxu az gəlirli və çörək pulu qazanmaq üçün gün altında işləməyə məcbur olan insanlardır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600