İstintaq Elgünlə bağlı kamera görüntülərinə baxıb - Rəsmi
Elgünün ölümünə qədər qeydə alınmış bütün kamera görüntüləri istintaq tərəfindən götürülüb.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Sabir Musayev deyib.
Onun sözlərinə görə, hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib:
“Hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından və təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb və həmin görüntülərə baxış keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir”.