İstinye Universiteti ilə “EDDE Global”ın ƏMƏKDAŞLIĞI: “Azərbaycanda dünya səviyyəli təhsilə əlçatanlıq artırılır” – VİDEO/FOTO
“12.500 ABŞ dolları olan təhsil haqqını cəmi 5.800 dollara (illik 1.450 dollar) endirməklə istedadlı gənclərin dünya səviyyəli təhsilə çıxışını daha əlçatan etmişik”.
Bunu Yenicag.az-a videomüsahibəsində EDDE Global şirkətinin rəhbəri Miryusif Cavadzadə deyib.
O, “Times Higher Education” (THE) beynəlxalq reytinqinə əsasən, dünya üzrə ilk 1.000 universitet arasında, mühəndislik sahəsində isə ilk 500-lükdə yer alan İstinye Universiteti ilə strateji əməkdaşlığın gələcək nəticələrindən və bununla tələbələr üçün yaradılan imkanlardan danışıb.
M.Cavadzadə bildirib ki, strateji əməkdaşlığın imzalanmasında əsas məqsəd Azərbaycanda iş həyatı ilə yanaşı akademik karyerasını qurmaq istəyən insanlara kömək etməkdən ibarətdir:
“Yəni tələbələr humanitar ilə yanaşı menecment, kommunikasiya, səhiyyə sahəsində də təhsillərini daha yaxşı şəraitdə ala biləcəklər. İstinye Universitetinin Azərbaycandakı nümayəndəsi olaraq tələbələrimizin həm bakalavr, həm magistr, həm də doktorantura üzrə təhsil almalarına köməklik etmək istəyirik”.
İstinye Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri İsmail Çiftçi isə qeyd edib ki, əməkdaşlığın başlıca hədəflərindən biri universitetin Azərbaycanda tanınmasını təmin etməkdir:
“İstinye Universiteti gənc olmasına baxmayaraq səhiyyədən mühəndisliyə, sosialdan kommunikasiya elmlərinə qədər bir çox sahədə təhsil verən və tələbələrə xüsusi imkanlar vəd edən universitet kimi daim sürətli inkişafdadır”.
İstinye Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi Öykü Yıldız da söyləyib ki, gənc, dinamik və vizyonlu universitet olaraq İstinye Universiteti 10 ildən artıq peşəkar fəaliyyət göstərməkdədir.
“EDDE Global ilə uzun müddətdir əməkdaşlığımızı davam etdiririk. Tələbə klubları sayəsində tələbələrimiz mədəni və sosial akitivliklərə qoşula və təcrübələrini artıra bilirlər”, – deyə o, bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov