“İstirahət hüququ kobud şəkildə pozulur” – Ekspertdən qanunsuz vakansiyalara REAKSİYA

media-hightechnic-468x90

Son günlər yayımlanan bəzi vakansiya elanlarında 7 günlük iş rejiminin göstərilməsi və həftəlik iş saatlarının qanunvericiliklə müəyyən edilən normanı aşması halları artmaqdadır. Xüsusilə gündə 10-12 saat olmaqla, fasiləsiz şəkildə həftənin bütün günlərini əhatə edən iş qrafikləri əmək bazarında ciddi narahatlıq doğurur.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında insan resursları meneceri Röyal Əhmədov bildirib ki, əmək münasibətlərini tənzimləyən əsas sənəd Əmək Məcəlləsidir və bütün dövlət və özəl qurumlar bu qanunvericiliyin tələblərinə əməl etməlidir:

media-whatsapp-image-2026-02-11-at-16-12-12

“Əmək Məcəlləsinə əsasən, həftəlik iş norması 40 saatdır. Beş günlük iş rejimində gündəlik 8 saat, altı günlük rejimdə isə gündə 7 saat olmaqla, altıncı gün qısaldılmış iş rejimi tətbiq olunmalıdır. Yəni, istənilən halda həftəlik 40 saatlıq limit keçilməməlidir”.

“Bəzi hallarda altı günlük rejimlə gündə 12 saatlıq iş qrafiki təklif olunur ki, bu da həftəlik 72 saat deməkdir. Bu isə açıq şəkildə qanunvericiliyin pozulmasıdır. Həmçinin fasiləsiz olaraq həftənin 7 günü işləmək tələbi ilə də qarşılaşırıq”.

Röyal Əhmədov vurğulayıb ki, qanunvericiliyə görə işçilərin istirahət hüququ qorunmalıdır:

“İşçilərin iki iş günü arasında minimum 12 saatlıq istirahət hüququ var. Yeddi günlük fasiləsiz iş rejimi tətbiq ediləndə həm bu 12 saatlıq istirahət norması, həm də gündəlik və həftəlik iş saatı limiti pozulur. Bu isə qanuna tamamilə ziddir və buna görə işəgötürən birbaşa məsuliyyət daşıyır”.

Ekspert qeyd edib ki, bəzi şirkətlər qanundakı boşluqlardan istifadə etməyə çalışırlar:

“Qanunvericilikdə “yeddi gün işləmək qadağandır” kimi konkret ifadə yoxdur, amma açıq şəkildə 40 saatlıq həftəlik norma müəyyən edilib. Bu normanı keçmək olmaz. Yalnız müstəsna hallarda və qarşılıqlı rəsmi razılaşma əsasında fərqli rejim tətbiq oluna bilər. Lakin əksər şirkətlərdə kollektiv müqavilə və ya həmkarlar ittifaqı olmadığı üçün bu proseslər sui-istifadəyə yol açır”.

İnsan resursları meneceri vətəndaşlara çağırış edib:

“Vətəndaşlar bu tip elanlara müraciət edərkən diqqətli olmalıdırlar. Əgər əmək prosesi başlamazdan əvvəl hüquqlar pozulursa, gələcəkdə də eyni problemlər yaşanacaq. Bu cür halların artması ümumilikdə əmək bazarına mənfi təsir göstərir və insanlarda iş mühitinə qarşı inamsızlıq yaradır”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05