!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstismar müddəti başa çatmış avtobuslar: "Bunlar xətdən çıxarılmalıdır" - Nəqliyyat ekspertindən ETİRAZ

!Reklam – Yazi

“İstismar müddəti başa çatmış avtobusların xətdən çıxarılması təmin olunmalıdır”.

Bu sözləri hazırda istismarda olan avtobusların və ümumilikdə avtobus parkının mövcud vəziyyətini şərh edən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərnişinlərin rahatlığını təmin etmək baxımından avtobus parkının yenilənməsi, ən əsası isə cavabdeh qurumların öz vəzifə öhdəliklərini yerinə yetirməsi vacibdir:

Avtomobil nəqliyyatı ilə şəhərdaxili müntəzəm sərnişin daşımaları ümumi istifadədə olan daşımalara aid edilir. Hansı ki, bu xidmət birbaşa dövlət tərəfindən yaradılmış məhdud məsuliyyətli cəmiyyətlər vasitəsilə alınan avtobusların fəaliyyəti ilə həyata keçirilir. Bura taksi xidmətləri də daxildir. Taksilər və avtobuslar gündəlik müəyyən olunan qrafik üzrə hərəkət edirlər. Qeyri-müntəzəm daşımalarda isə taksi xidməti istisna olmaqla, icarə və müqavilə əsasında xidmət həyata keçirən sərnişindaşıma xidmətləri daxildir. Müntəzəm və ya qeyri-müntəzəm olmasından asılı olmayaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən idarə olunan bütün xidmət sektoru vətəndaşların məmnun xidmətini təşkil etməyə borcludur və yeniliklər etməlidir. Xüsusən də avtobus parkının yenilənməsi olduqca vacibdir. Çünki avtobuslar istifadə olunduqca istismar müddəti yaxınlaşır. Təəssüf ki, Bakıətrafı kənd və qəsəbələrdə istismar müddəti azalmış, texniki cəhətdən tam təminata yararlı olmayan nəqliyyat vasitələrinin xidmət yerinə yetirdiyini müşahidə edirik. Müvafiq qurumlar keyfiyyətli xidmət həyata keçirməkdə maraqlı olmalıdırlar. Marşrut xəttlərinin sayı nə qədər çox olarsa, bu, sərnişindaşımanın intensivliyində mühüm rol oynayacaq. İstismar müddəti başa çatmış avtobusların xətdən çıxarılması təmin olunmalıdır. Bu, aidiyyatı qurumların birbaşa vəzifə öhdəliyidir”.

Qeyd edək ki, Bakı şəhəri istisna olmaqla, müntəzəm və qeyri-müntəzəm daşımaları həyata keçirən istismarda olan avtobusların ümumi sayı 5,6 mindən çoxdur.

Gülşən Şərif

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv