!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsveç və Finlandiya kollektiv Qərbin Türkiyəyə təzyiqləri artıracağına ümidlidirlər” – RƏY

!Reklam – Yazi

“Bu ölkələr Türkiyədə əks münasibətlə qarşılanan aksiyaların, davranışların qarşısını almaq üçün heç nə etmirlər”.

Bu fikirləri NATO-ya üzvlükləri Türkiyədən asılı olan İsveç və Finlandiyada Ankaranın hiddətinə səbəb olan davranışlara yol verilməsinin səbəblərinə toxunan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərinin NATO-nun genişləndirilməsi məsələsində Ankaraya təzyiqləri artıracağı gözlənilir:

“Bəli, bu iki Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü Türkiyə tərəfindən ratifikasiya edilməlidir. Bildiyiniz kimi, Türkiyə bu addımı atmaq üçün İsveç və Finlandiyanın terrorçulara dəstəyi kəsməyi tələb edib.

Ancaq reallıqda bu ölkələr həmin istiqamətdə praktik addım atmırlar. Əksinə, İsveç də, Finlandiya da Türkiyədə əks münasibətlə qarşılanan aksiyaların, davranışların qarşısını almaq üçün heç nə etmir.

Bunun səbəbi sadədir. İsveç və Finlandiya kollektiv Qərbin NATO-ya üzvlük məsələsində Türkiyəyə təzyiqləri artıracağına ümidlidirlər. Fikrimcə, onların bu ümidləri əsassız deyil. Qərb NATO-nun bu ölkələrin hesabına genişlənməsində israrlıdır.

Ona görə də ABŞ başda olmaqla, Qərb koalisiyası Türkiyəyə qarşı təzyiqi artıracağı istisna deyil. Açığı, Ankaranın bu təzyiqlərin qarşısında nə qədər davam gətirəcəyini söyləmək çətindir. Çünki NATO-ya üzvlük hazırda Türkiyənin bəlkə də ən böyük üstünlüyüdür. Bu baxımdan, Ankaranın güzəştə gedəcəyini inkar etmək olmaz”.

A.Zeynalov

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv