İsveç Mərkəz partiyasının tibbi əsas təqdim edilmədiyi təqdirdə, oğlan uşaqlarının sünnət olunmasına qadağa qoyulması təşəbbüsünü irəli sürüb.
Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, İsveç parlamentində 31 deputat yerinə malik Mərkəz partiyasının illik toplantısında homoseksualların donor hüquqları, şəxsiyyət vəsiqələrində 3-cü cinsin göstərilməsi kimi sosial mövzular müzakirə olunub və uyğun qərarlar qəbul edilib.
Partiyanın lideri Anni Loofun əleyhinə çıxmasına baxmayaraq, qeyd olunan məsələlər, o cümlədən, tibbi əsas olmadığı halda, müsəlman və yəhudi uşaqların sünnət olunmasının qadağan edilməsinə dair qərar qəbul edilib. Partiyanın bu qərarı qanun layihəsi formasında İsveç parlamentinə göndərilcək.
Verilən qərara həm yəhudi, həm də müsəlman icma üzvləri sərt reaksiya verib. İsveçin “Expressen” qəzetinə danışan İsveç Yəhudi Cəmiyyəti Şurasının sədri Aron Verstandinq qərardan dolayı məyus olduğunu dilə gətirib və bunları bildirib: “Əgər qərar qüvvəyə minərsə, bu ölkədə müsəlman və ya yəhudilərin yaşaması imkansız olacaq”.
Firuzə Alimova
www.yenicag.az