İtalyan Baş nazirdən Makronun təklifinə REAKSİYA – “Daha çox təhlükə kimi görünə bilər”

media-hightechnic-468x90

 

İtaliyanın Baş naziri Corciya Meloni Fransa prezidenti Emmanuel Makronun Ukraynanın strateji əhəmiyyətli ərazilərinə müharibə başa çatdıqdan sonra “zəmanət qüvvələri” göndərilməsi barədə irəli sürdüyü təklifi şübhə ilə qarşılayıb.

Yenicag.az xəbər verir ki, Meloni bu barədə “Financial Times”a verdiyi müsahibədə bildirib ki, Ukraynada belə qüvvələrin yerləşdirilməsi Kreml lideri Vladimir Putin tərəfindən təxribat kimi qiymətləndirilə bilər.

“Bu məsələyə diqqətlə yanaşmalıyıq. Zəmanət qüvvələri daha çox təhlükə kimi görünə bilər”, – deyə Baş nazir vurğulayıb.

İtaliya Baş nazirinin sözlərinə görə, NATO-nun beşinci maddəsinin Ukraynaya faktiki olaraq uzadılması, habelə alyansa qoşulmadan bir yol tapılması məsələsi daha sadə və effektiv olacaq. Meloni əlavə edib ki, Rusiyanı uzunmüddətli təhlükə kimi qiymətləndirmək mümkündür, lakin əsas məqsəd yaranacaq hər hansı bir təhlükəyə qarşı hazırlıqlı olmaqdır.

Xatırladaq ki, martın 27-də Parisdə Fransa prezidenti Emmanuel Makron Ukraynaya güc dəstəyi vermək məqsədilə Franko-Britaniya missiyasının göndəriləcəyini açıqlayıb. O, eyni zamanda, Ukraynada “zəmanət qüvvələri”nin yerləşdirilməsi üzərində işlərin davam etdiyini bildirib.

Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “qərarlılar koalisiyası” Ukraynada gələcəkdə atəşkəsin təmin olunması məqsədilə minlərlə hərbçi göndərmək planları üzərində işləyir. Fransa Ukraynada Avropa sülhməramlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşdirilməsinə icazə verib ki, bu planlardan biri isə Dnepr xətti boyunca yerləşdirmədir.

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600