İtkin düşən balıqçının meyiti İrandan gətirilərək dəfn olundu - YENİLƏNDİ
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti İrandan gətirilərək dəfn olunub.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, bu gün axşam saatlarında M.İbayevin meyiti dəfn olunması üçün doğulduğu kəndə gətirilib.
Xatırladaq ki, yanvar ayının 13-də balıqçılar Lənkəran rayonu Siyavar kənd sakinləri, 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşmüş hesab edilib.
Fevralın 21-də balıqçılardan biri Nazim Abbasovun meyiti tapılıb. Ötən ay isə itkin düşən balıqçılardan digərinin meyiti Siyavar kənd sakini, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin meyiti Xəzərin İran sahilində aşkarlanıb.
***19:12
Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilir.
Yenicag.az-ın APA-ya istinadən xəbərinə görə, Lənkəranda itkin düşən balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti quru yolu ilə ölkəyə gətirilir.
Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.
Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.