!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşədə meyiti tapılan nazirlik işçisinin ölümünün TƏFƏRRÜATI - FOTO

!Reklam – Yazi

Yevlaxda ağacdan asılı vəziyyətdə tapılan nazirlik əməkdaşının intiharının təfərrüatı məlum olub.

Yenicag.az-ın məlumatına görə, Ramis Azaqov ən son Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.

Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Ramis Azaqov üç gün sağ qalıb. Ölümündən səkkiz gün sonra isə meyit tanınmaz halda tapılıb.

Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Ramis isə pulu geri alacağını bildirib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən Oxu.Az-a bildirilib ki, Azaqov Ramis Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib:

“İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/

***

11:14

Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.

Yenicag.az xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri dönməmişdi.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29

www.yenicag.az

5933
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv