İtkin düşən Vətən müharibəsi iştrakçısının meyiti tapıldı
Vətən Müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. K. Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də Vətən Müharibəsində sürücü kimi iştirakçısını tapmaq mümükün olmamışdı.
Yenicag.az xəbər verir ki, Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb. Vətən Müharibəsinin iştirakçısının cansız bədəni digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüblər.