İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi – FOTO/Yenilənib

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin – Namin Nizami oğlu Bünyatzadənin meyiti ailəsinə təhvil verilib. Meyit dəfn olunması üçün Bakıya gətirilir.

***

08:15

İtkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Yenicag.az xəbər verir ki, yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək. (APA)