Əsgər müalicə olunduğu hospitalda ödü: Araşdırma aparılır
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Yenicag.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.












