İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.
O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.
www.yenicag.az