IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri müzakirə edilib
Oktyabrın 11-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinin və forumlararası tədbirlər planının müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
AMEA-nın institutlarının, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri müşavirəni Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq Forumun əhəmiyyətindən danışıb.
Tədbirdə Forumun “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı bölməsində edilən məruzələr müzakirə olunub, nəticələr təhlil edilib, eləcə də forumlararası fəaliyyət planı müəyyənləşdirilib. (azertag.az)