İyunun 1-dən yük maşınlarının Bakıya girişi qadağan olunacaq-Video

media-hightechnic-468x90

51685“Yük avtomobillərinin iyun ayının 1-dən sonuna qədər Bakı şəhərinə daxil olmasına qadağa qoyulacaq”.

media-banner_tkm

Bunu “Günə Baxan” verlişinə qonaq olan Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi. O bildiridi ki, yalnız həyati vacib ərzaq məhsullarının, dərman peraparatların, məişət tullantılarının daşınmasında istifadə edilən, yalnız xüsusi buraxılışı olan avtomobillərin 22:00-dan 07:00-a qədər hərəkətinə icazə veriləcək.

Kamran Əliyev qeyd etdi ki, ən müasir avtobuslar artıq Bakı şəhərinə gətirilib. O bir daha əhaliyə müraciət edərək bildirdi ki, bu avtobuslardan istifadə etsinlər. Çünki, şəhərimizə gələn turist və idmançılara Bakını gəzmələri üçün fasiləsiz şərait yaratmaq lazımdır.

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları iyun ayının 12-dən başlayıb, 28-nə kimi davam edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05