!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Jirinovski Rusiya-İran-Ermənistan üçlüyünün Azərbaycan əleyhinə planlarını faş edib” - Keçmiş nazir

!Reklam – Yazi

“İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavabını mən normal qarşılayıram”.

Bu fikirləri keçmiş diplomat İsfəndiyar Vahabzadə ilə rusiyalı siyasətçi Vladimir Jirinovski arasında yaşanan məlum gərginlik haqda danışan keçmiş təhsil naziri Firudun Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vladimir Jirinovski son qalmaqallı çıxışında çox irəli gedib:

“Jirinovski uzun illərdir ki, Rusiya hakimiyyətinin, ayrı-ayrı rəsmi şəxslərin fikirlərini, planlarını dilə gətirib. Yəni Rusiyanın müxtəlif dövlət adamlarının bu və ya başqa məsələ ilə bağlı deyə bilmədiklərini məhz Jirinovski dilə gətirirdi. Bu, hər kəsə bəllidir.

Digər tərəfdən, Jirinovski zaman-zaman öz çıxışlarında Azərbaycan, Türkiyə və digər dövlətlərə qarşı həmişə “xoruz” buraxırdı. Amma onun son çıxışında bu qədər irəli gedəcəyini mən də gözləmirdim.

O mənada gözləmirdim ki, Jirinovski son fikirlərində Rusiyanın bütün planlarını açıb töküb ortaya. Hətta tək Rusiyanın deyil. Əslində, Jirinovski Rusiya-İran-Ermənistan üçlüyünün Azərbaycan əleyhinə planlarını faş edib. Bu baxımdan, onun dediyi məsələlər barəsində çox tədbirli olmalıyıq.

İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavabına gəldikdə isə mən bunu normal qarşılayıram. Ancaq indiki şəraitdə bu mövzunu davamlı gündəmdə saxlamağı da doğru saymıram”.

A.Zeynalov

www.yenicag.az

1318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv