Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi

media-hightechnic-468x90

Qarabağdan qovulmuş separatçıların keçmiş “lideri”, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki, Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar.

Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600