Jurnalist Elgün Gəncimsoya 20 sutka həbs cəzası verildi

media-hightechnic-468x90

Daha bir jurnalist karantin rejimini pozduğuna görə cəzalandırılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, jurnalist Elgün Gəncimsoy Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Jurnalistin karantin rejimini pozmaqda və polisə müqavimət göstərməkdə ittiham edildiyi bildirilir.

Məlumata görə, Elgün Gəncimsoya Ağdam rayon Məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib.

Onunla birlikdə AzTV, ARB və APA-nın keçmiş operatoru Fəxrəddin Məmmədovun da saxlanıldığı deyilir.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600