Jurnalisti həbs etdirən məmur həbs olunub

media-hightechnic-468x90

6660Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, adı jurnalist Ərşad İbrahimovun həbsində hallanan Məhəmməd Bağırov həbs olunub.

Yayılan məlumata görə, keçmiş məmurun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin təqdimatı əsasında həbs qəti-imkan tədbiri seçilib.

Avropa.info xatırladıq ki, Məhəmməd Bağırovun fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən araşdırılma aparılırdı. M. Bağırov məhz jurnalist Ərşad İbrahimovun araşdırma yazılarından sonra işdən azad edilmişdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi onun barəsində korrupsiya və rüşvətlə bağlı cinayət işi açmışdı.

Məlumata görə, M.Bağırov bir neçə maddə ilə təqsirləndirilərək həbsə alınıb. (moderator.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600