İranın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, Mehdi Sənayi Tehranda rusiyalı jurnalistin həbs olunması ilə bağlı izahat verəcək.
Qeyd edək ki, dünən jurnalist Yuliya Yuzik paytaxtda yerləşən otellərinin birində həbs olunub.
İran tərəfi jurnalisti casusluqda ittiham edir. Rusiya mediası isə, jurnalistin sadəcə xəbər hazırlamaq üçün bu ölkəyə getdiyini iddia edir.
Həşim Səhrablı
www.yenicag.az