!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalistin qətlində yeni detallar: Məqsəd Qaşıqçını krallığa canlı aparmaq olub - VİDEO

!Reklam – Yazi

Camal Qaşıqçının öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, yeni dəlilləri “Reuters” xəbər agentliyi yayıb.

Yayılan xəbərlərə görə, cinayət Səudiyyə Ərəbistanı rəhbərliyinin dediyi kimi Konsulluqda çıxan adi dava səbəbindən baş verməyib. Əvvəlcədən planlaşdırılıb. Bütün bu məlumatları isə kimliyinin açıqlanmasını istəməyən yüksək çinli Səudiyyə Ərəbistanı rəsmisi verib.

Onun sözlərinə görə, 15 nəfər xüsusi dəstə məhz Camal Qaşıqçını sorğu-sual etmək üçün İstanbula gəlib. Planda jurnalisti öldürmək olmayıb. Sadəcə, Qaşıqçı səhvən sorğu zamanı öldürülüb.

“Vatan” qəzetində yer alan xəbərə görə, jurnalistin Səudiyyə Ərəbistanına dinc yolla aparılması nəzərdə tutulub. 15 nəfərlik qrup da məhz bu səbəbdən İstanbula gəlib. Qrupun məqsədi Qaşıqçını Səudiyyə Ərəbistanına geri dönməyə razı salmaq və bunun üçün jurnalisti lazım olduğu qədər nəzarətdə saxlamaq olub.

Plan nəzərdə tutulduğu kimi işləməyib və komanda göstərişlərdən kənara çıxıb. Qaşıqçı onu buraxmayacaqları təqdirdə diplomatik missiyalara şikayət edəcəyi ilə təhdid edib: “Mənə nə edəcəksiniz? Qaçıracaqsınız?” – deyə jurnalist sual edib. Bu zaman qrup onun qaçırılması ilə bağlı əmr aldıqlarını etiraf edib.

Bu cavabdan sonra Qaşıqçı qışqırmağa başlayıb. Nəticədə təşvişə düşən qrup onun qışqırmaması üçün jurnalistin ağzını bağlayıb. Jurnalist hava çatışmamazlığından boğularaq ölüb.

1961-ci il təvəllüdlü Mustafa Məhəmməd Almadani izi itirmək üçün jurnalistin paltarlarını geyinib, onun qol saatı və gün eynəyini taxaraq konsolluqdan çıxıb.

www.yenicag.az

3478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv