ABŞ-ın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Afghanistan Times” qəzeti xəbər verib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin hücumu nəticəsində iki nəqliyyat vasitəsi və bir yaşayış binası qismən dağılıb. Amerika tərəfinin dediklərinə görə, hücumun hədəfi hava limanına hücum etmək istəyən terrorçu-intiharçının avtomobili olub.
Bildirilib ki, ölkənlərin siyahısına avtomobilinə zərbə endirilən zərərsizləşdirilən terrorçu da daxil olub.