!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fitnes mərkəzindən Kamilin saxlanılması xəbərinə Reaksiya

!Reklam – Yazi

12:24

Polis idmançı Kamil Zeynallını saxlayıb.

Yenicag.az-ın Report-a istinadən məlumatına görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

***

13:22

Kamil Zeynallının polislər tərəfindən saxlanıldığı barədə xəbərlər yayılıb.

Tanınmış idmançı Kamil Zeynallının müğənni həyat yoldaşı Gülay Milli.az-a açıqlamasında xəbəri təkzib edib:

“Yalandır, yalan məlumatdır. Tədbirdəyəm, o da indi övladı ilə bir yerdədir”.

***

Yenicag.az Kamil Zeynallıya məxsus olan “Limak Fitness Park”ı ilə əlaqə saxlayıb. Oranın əməkdaşı Rasim adlı şəxs xəbəri təkzib edib. O bildirib:

“Kamil 15 dəqiqə əvvəl fitnes mərkəzində idi. İşi ilə əlaqədar çıxdı. Cəmiyyət içində olan adamdır. Mən bilmirəm. Ola bilər nəyəsə görə çağırıblar məhkəməyə. Şişirdirlər. Elə bir şey yoxdur. İnanın səmimiyyətimə, boş şeydir”.

Cəvahir

www.yenicag.az

6410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv