Kanadada boru kəmərində qəza baş verib, 200 min litr neft ətrafa axıb

media-hightechnic-468x90

Kanadanın Saskaçevan əyalətində baş vermiş qəza nəticəsində 200 min litr xam neft zədələnmiş boru kəmərindən ətrafa axıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, insident Stouton şəhərindən 10 aralıda qeydə alınıb.

Boru kəmərinin “Tundra Energy Marketing” şirkətinə məxsus olduğu bildirilir. İlkin məlumata görə, insident zamanı ətraf mühitə ziyan dəyməyib.

Qəzanın səbəbləri araşdırılır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600