Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək

media-hightechnic-468x90

Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.

Yenicag.az-ın məlumatına görə, seçkilər ABŞ-la Kanada arasında gərginlik və ticarət müharibəsi fonunda baş verir və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.

Daha əvvəl seçkilərin oktyabrın 20-nə qədər keçirilməli olduğu deyilirdi. Ekspertlər seçkinin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün də faydalı olacağını ehtimal edirlər.

Seçki ilə bağlı qərar Mark Karni baş nazir kimi and içdikdən 9 gün sonra verilib. Onun bu marafonda əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq./AZƏRTAC/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa