Kanadanın Baş naziri Trampa görə Britaniyanı TƏNQİD ETDİ

media-hightechnic-468x90

 

Kanadanın Baş naziri Mark Karni Böyük Britaniyanın ABŞ prezidenti Donald Trampı ikinci dəfə dövlət səfərinə dəvət etməsini tənqid edib.

Yenicag.az xəbər verir ki, o, “Sky News” kanalına müsahibəsində bu addımın Kanadanın suverenliyinə dair verdiyi mesajlara zidd olduğunu bildirib.

Karni Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı adlandırmaq istədiyini xatırladaraq, britaniyalıların bu jestinin kanadalılar arasında narazılıq doğurduğunu deyib.

O, bu ayın sonunda kral III Çarlzın Kanadaya səfər edəcəyini və parlamentin sessiyasını açacağını da vurğulayıb. Karniyə görə, bu addım ölkənin suverenliyinə verilən önəmin göstəricisidir.

Britaniyanın naziri Pet Makfadden isə Kanadanın tənqidinə cavab olaraq bildirib ki, hər bir ölkə digər dövlətlərlə münasibətlərini necə quracağını özü müəyyən edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa