Özgənin əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirlilən şəxsin vəkili Nemət Kərimli vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Daha sonra çıxış edən prokuror Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb.
Məhkəmənin ilk baxış iclası aprelin 24-nə təyin edilib.
Qeyd edək ki, T.Kərimov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./Report/
www.yenicag.az