!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kapital Bank 2023-cü ilin nəticələrini elan etdi

!Reklam – Yazi

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 yanvar 2024-cü il tarixinə 8.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.3 milyard manat olub.

1 yanvar 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.3 milyard manat təşkil edib.

Bankın 1 yanvar 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 833 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün –https://kbl.az/prcrc.

COP29

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv