!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Kapital Bank” Binə Ticarət Mərkəzi şöbəsi, Masallı, Qəbələ və Bakı filiallarına əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Yenicag.Az-ın məlumatına görə, ali təhsilli,müvafiq sahədə 1 il iş təcrübəsi olan, riyazi hesablama və analitik mühakimə etmə qabiliyyəti olan namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 15-dir.

Öhdəliklər :

– Müştərilərə xidmət
– Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
– Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
– Ödəniş kartları üzrə əməliyyatların aparılması
– Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
– Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin  iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
– Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Namizədə dair tələblər:

– Ali təhsil
– Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
– Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
– Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
– MS Office (Word, Excel) proqramları üzrə biliklər
– Gərgin iş qrafikində işləmək bacarığı
– Əla ünsiyyət bacarıqları
– Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

CV-lər müraciət edilən rayon/şəhər və “Əməliyyatçı-kassir” başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərilməlidir.

Nümunə: Masallı- Əməliyyatçı-kassir

Yenicag.Az

www.yenicag.az

1066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv