!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - VİDEO

!Reklam – Yazi

Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı Baku TV-yə bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

“Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Tərtib edilən protokola görə vətəndaşa məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. 10 gün müddət tamam olanda şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır.

Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir”.

Ətraflı süjeti təqdim edirik:

www.yenicag.az

1659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv