Karantin postlarının yaradılacağı ərazilər AÇIQLANDI / VİDEO
Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində beş şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən həmçinin, sərt karantin tətbiq edilən beş şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək:
“Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms – icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin – nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq”.