Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantin rejimində DƏYİŞƏN STATİSTİKA - “Bu dinamika müsbət olsa da, kövrəkdir” - Qubad İbadoğlu

“Yoluxanlar və sağalanlar arasındakı 5 faizlik fərq mayın 4-dən qüvvəyə minən qərarın risk dərəcəsinin yüksək olmasından xəbər verir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə mayın 4-dən etibarən, karantin rejiminin yumşaldılmasına münasibət bildirən iqtisadçı Qubad İbadoğlu deyib.

Qubad İbadoğlunun sözlərinə görə, dünya üzrə koronavirusa yoluxanların sağalma faizini nəzərə alsaq, Azərbaycan Çin, Almaniya və Cənubi Koreya kimi ölkələrdən hələ ki geridə qalır:

“Verilən məlumatlara inansaq, Azərbaycanda aprelin 27-dən indiyə qədər 287 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Göründüyü kimi, karantin rejiminin yumşaldılmasının birinci mərhələsində koronavirus infeksiyasına yoluxanlarla müqayisədə sağalanlar 15 nəfər çoxdur. Dinamika müsbətdir, amma kövrəkdir. Belə ki, bu iki göstərici arasında 5 faiz fərq var. Bu isə mayın 4-dən qüvvəyə minən qərarın risk dərəcəsinin yüksək olmasından xəbər verir.

İnanmaq istərdim ki, bu məsuliyyəti üzərinə götürənlər maddi maraqlardan çıxış etməyiblər, xalqın sağlamlığını və təhlükəsizliyini önə çəkiblər. Çünki iqtisadiyyatda bütün qərarlar birmənalı şəkildə insanlar üçün olmalıdır. Bütün bunların baş verməsi üçün pandemiya nəzarətə götürülməli və idarə olunan səviyyəyə çatdırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1051