Karantinə alınan icra başçısı danışdı - VİDEO

media-hightechnic-468x90

Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov RİH əməkdaşlarının koronavirusla bağlı karantinə götürülməsi ilə bağlı məlumata münasibət bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib:

“Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimdən təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05