Karateçilərimiz ölkəmizi dünya çempionatında təmsil edəcək

media-hightechnic-468x90

9-11 senyabr 2022-ci il tarixlərində  Çexiya Respublikasının Pardubitse şəhərində  Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçiriləcək.

Dünya çempionatında  WSF-in Azərbaycan nümayəndəliyi 3 məşqçi və 20 idmançı ilə təmsil olunacaqlar.

Əlavə olaraq qeyd edək ki, böyüklərdən ibarət komandanın idmançısı, ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) ölkəmizi şəxsi məşqçisi Elnur Əliyevin rəhbərliyi altında təmsil edəcək.

Qeyd edək ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrın əvvəlində Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc medal, 2021-ci ilin  noyabr ayının 5-7 -si arasında Türkiyədə WSf üzrə dünya çempionatının gümüş medalını və 1-3 iyul 2022-ci il tarixində Qırğızıstanda keçirilən asiya çempionatında gümüş medal qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600