!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kataloniya presedenti bütün separatçıları şirnikləndirir” – Keçmiş səfir

!Reklam – Yazi

“Məsələni normal qaydada həll etmək evəzinə, toqquşmaya getmək lazım deyildi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İspaniyanın Kataloniya vilayətində keçirilmiş müstəqillik referendumundan sonra yaranmış vəziyyətə münasibət bildirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib.

Sabiq diplomatın fikrincə, hazırda Kataloniyada yaranmış vəziyyət narahatlıq doğurmaqla yanaşı, digər neqativ tendensiyalara yol açır:

“Təbii ki, Kataloniyada baş verən proseslərin arzuolunmaz istiqamətə yönəlməsi narahatlıq doğurur.

Açıq desək, orada gedən proses separatçılıqdır və dünyanın müxtəlif yerlərindəki separatçıları da şirnikləndirir.

Mən bunu erməni separatizmindən əziyyət çəkən Azərbaycan vətəndaşı kimi deyirəm.

Təəssüf doğuran hal həm də odur ki, hazırda Kataloniyada keçirilmiş referendumdan sonra orada zorakılıq genişlənməkdədir. Əslində isə məsələləri normal qaydada müzakirə edib, yoluna qoymaq olardı, toqquşmaya getmək lazım deyildi.

Ancaq katalonlar referendum qərarından geri çəkilmədilər, İspaniya isə ordunu-polisi oraya yeritdi, Kataloniyanın muxtariyyatının ləğvi məsələsi gündəmə gəldi və sair.

Hadisələr necə inkişaf edəcək, hələ bilinmir. Ancaq yenə deyirəm ki, separatizm yolverilməzdir”.

A.Zeynalov

COP29

www.yenicag.az

1565
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv