Reklam

Reklam

Səudiyyə Ərəbistanında “Kart festivalı”nın keçirilməsi və bir sıra din xadimlərinin də orada iştirakı müsəlman ölkələrində kəskin narazılıq doğurub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kəbənin imamı olmuş İmam Adil əl Kəlbaninin də sözügedən festivala qatılması müsəlmanları hiddətləndirib.

Məlumata görə, festivala münasibət bildirən bir çox müsəlman ölkələrinin din xadimləri və sıravi dindarlar bu hadisəni böyük rəzalət kimi qiymətləndiriblər. Azərbaycanlı ilahiyyatçılar da haqqında danışılan festivala sərt təpki göstəriblər.

Dinşünas alim Hacı Vaqif Cəliloğlu mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, Kəbənin sabiq imamının kart oyunu ilə əylənməsi rəzalət olduğu qədər də təəccüb doğurmayan bir durumdur:

“İslam dinində açıq-aydın şəkildə təqdir olunmayan, bəyənilməyən hərəkətlər var. Qumar və o sayaq digər əyləncəli oyunlar həmin hərəkətlərin başında gəlir.

Açıq deyirəm, Səud kral ailəsinin və o ölkənin din xadimlərinin İslama zidd heç bir davranışı artıq təəccüb doğurmur. Onlar tərəfindən gözlənilən hərəkətlərdir.

Səudiyyə Ərəbistanında hakimiyyətdə vəhabilərin olduğunu, o ölkənin əhalisinin doxsan faizinin bu təriqətə mənsubluğu hamıya məlumdur.

Vəhabilər öz təriqət maraqlarını İslam dininin fövqündə görürlər və mövqelərini qorumaq üçün istənilən rəzalətə əl atırlar.

Onların iki əsr əvvəl müsəlmanların müqəddəs məkanı olan Kəbədə törətdikləri qanlı qırğın da məzhəb təəssübkeşliyindən qaynaqlanırdı. İndi isə Kəbənin imamı əlinə kart götürürsə, bu, İslam dəyərlərinə meydan oxumaq deməkdir. Dünya müsəlmanları bu rəzaləti əlbəttə ki lənətləyirlər”.

Bu barədə Yenicag.az-a açıqlama verən Hacı Nizami Rzayev də Səudiyyə Ərəbistanının hakim ailəsinin və din xadimlərinin yaşam tərzinin İslam əxlaqına zidd olduğunu qeyd edib:

“Əslində, Səudiyyəli dırnaqarası şeyxlərinin son illərdə verdikləri absurd fətvaları, kral ailəsi üzvlərinin davranışlarına nəzər saldıqda, Kəbə imamının kart masasına əyləşməsinə təəccüblənməməliyik.

Özlərini “iki müqəddəs məkanın xidmətçiləri” adlandıran Səud ailəsinin üzvləri və oranın “din xadimləri”nin əksər hərəkətləri İslam əxlaqına daban-dabana ziddir. O baxımdan, Kəbə imamının kart oyununa qatılmasına bu davranışların bir tərkib hissəsi kimi baxmalıyıq.

Sizə bir fakt deyim. Səudiyyəyə səfər etmiş iki yaxın dostum orada yüksək məqamlı şeyxin qonağı olub. Şeyx onları gəmi ilə neytral sulara gətirərək, orada təmtəraqlı məclis təşkil edib. Səbəbini soruşanda isə deyib ki, Səudiyyədə belə məclislər keçirmək doğru deyil, ona görə də sizi neytral əraziyə gətirmişəm. Yəni bunların dinə münasibəti belədir.

Məsələyə daha dərindən yanaşsaq, bu hərəkətlərin təsadüfdən ortaya çıxmadığını görərik. İnanılmaz sərvət sahibi olan Səudiyyə kralı və şahzadələr mənimsədikləri milyardları yəhidilərin banklarında saxlayırlar.

Öz fəaliyyətlərində isə ABŞ və İsrailin təlimatlarını əsas götürürlər, məqsədli şəkildə İslam əxlaqına zidd davranırlar və faktik olaraq, əxlaqsız həyat tərzini təlqin edirlər. Reallıq bundan ibarətdir”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1017
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."