ARB-nin “Səhər-səhər” verilişində qonaq olan müğənni Mənzurə Musayeva keçmiş ailəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.
Yenicag.az xəbər verir ki, müğənni həyat yoldaşından danışıb:
“Həyat yoldaşım məndən boşanmaq istəmirdi. Məhkəmədə dedi ki, Mənzurə anamın qızıl papağını oğurlayıb. Mən də məəttəl qaldım ki, nə qızıl papaq, qayınanamın qızıl papağı olub bəyəm? Sən demə, məndən boşanmamaq üçün belə deyib. İstəyirmiş ki, vaxtı uzatsın. Məhkəmə o qızıl papağı axtara-axtara qalsın. Qayınanam əslində həqiqətən qızıl kimi arvad olub”.
Nehru