Keçmiş ərindən Mehriban Xanlarova BARƏDƏ: “Anam onu tanıyandan sonra…”

media-hightechnic-468x90

Tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı, müğənni Lalə Dadaşovanın oğlu Zaur həbsdən azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, aktrisa “Bir gün” verilişində keçmiş həyat yoldaşı ilə münasibətlərinin normal olduğunu bildirib. Hətta veriliş zamanı Zaurla telefon əlaqəsi yaradıb.

Keçmiş əri Mehriban Xanlarova haqqında belə deyib:

“Bizim düşmənçiliyimiz yoxdur. Biz Mehribanla ayrılsaq da, dostuq, indi mənim 52 yaşım var. Mən hələ indiyə kimi Mehriban kimi kişi balası görməmişəm. Birinci dəfə anam razı deyildi onunla evlənim, o da aramızdakı yaş fərqinə görə. Amma Mehribanı tanıyandan sonra razılaşdı. Anam indi də onu çox istəyir. Söz düşəndə hər yerdə tərifləyir. Mehriban mənim birinci və axırıncı sevgimdir”.

Zaur ailəsinin dağılmasında özünün günahkar olduğunu etiraf edib.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600